Avropa Komissiyası Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün İttifaq ərazisinə giriş haqqını üç dəfə artırmağı təklif edir.
Bu dəyişiklik vizasız rejimə malik ölkələrin vətəndaşlarına da şamil olunacaq.
Yeni qaydalara əsasən, ETIAS adlı icazə sistemi (Avropa Səyahət Məlumatı və İcazə Sistemi) Aİ-yə daxil olmaq üçün məcburi sənəd olacaq. Hazırda bu icazə 7 avroya başa gəlir. Lakin inflyasiya səviyyəsinin artması səbəbindən təklif olunan yeni məbləğ 20 avrodur.
ETIAS sisteminin 2026-cı ilin sonuna doğru işə düşəcəyi gözlənilir.
O zaman Aİ üzvü olmayan ölkələrin vətəndaşları – o cümlədən azərbaycanlılar – Aİ-yə səfər üçün yalnız ödəniş etməklə kifayətlənməyəcəklər.
Onlar onlayn ərizə doldurmalı, şəxsi məlumatlarını təqdim etməli və təhlükəsizlik suallarına cavab verməlidirlər. Bu prosedurlar vizasız səyahət üçün əlavə bürokratik yük kimi qiymətləndirilir.