Ceff Bezosun Venesiyada milyonlarla dollara başa gələn dəbdəbəli toyundan sonra hamını heyrətləndirəcək yeni xəbər var.
İtaliyanın “Il Messaggero” qəzetinin yazdığına görə, “Amazon”un qurucusu və dünyanın ən zəngin adamlarından biri – onun sərvəti təxminən 235 milyard dollardır – mərasimin keçirildiyi beşulduzlu “Aman Venice” otelinin əməkdaşlarına 52 min dollar (təxminən 45 min avro) “çayavoy” (çaypulu - müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır – red.) qoyub.
Şəhərin milyarderin şənliyi üçün şəxsi “məkan”a çevrilməsindən narazı olan bəzi venesiyalıların tənqidlərinə baxmayaraq, otelin işçiləri onu həqiqətən xoş sözlərlə xatırlayacaqlar.
Lakin səxavət jesti bununla bitməyib: digər məlumata görə, Bezos həmçinin laqun və ətraf mühitin qorunması ilə məşğul olan Venesiya qeyri-kommersiya təşkilatlarına dəstək üçün 3 milyon dollar ianə edəcəyini vəd edib.Milyarderin səxavəti barədə şayiələr tez bir zamanda Venesiyanın küçə və meydanlarında yayılıb, baxmayaraq ki, Aman Venice otelinin nümayəndələri bu məlumatı rəsmi şəkildə şərh etməyiblər.