Alimlər
daha uzun yaşamağın ən asan yolunu tapdılar. Maraqlıdır ki, hər zaman deyildiyi
kimi bu idman zalı deyil. Sən demə, qısa, lakin intensiv gündəlik gəzinti ölüm
riskini əhəmiyyətli dərəcədə azaldır.
News365.az
xəbər verir ki, Vanderbilt Universitetinin amerikalı alimləri müəyyən ediblər
ki, hətta gündə 15 dəqiqə sürətli gəzinti, xüsusilə də ürək xəstəliklərindən
ölüm riskini azalda bilər. Və bu, bir neçə saatlıq yavaş gəzintidən daha təsirlidir.
Tədqiqatda
ABŞ-ın 12 ştatından 80 minə yaxın böyüklər iştirak edib. Onların səhhəti 17 ilə
yaxındır nəzarətdə saxlanılıb.
Nəticə
heyrətamiz idi: gündə ən az 15 dəqiqə sürətlə yeriyənlərin ölüm riski 20%
azalıb. Bu xüsusilə ürək-damar xəstəlikləri üçün doğrudur.
Sürətli
yerimə nə hesab olunur?
Biz itlə
və ya ofis ətrafında yavaş gəzməkdən danışmırıq. Biz aktiv yeriməyi nəzərdə
tuturuq. Pilləkənləri qalxmaq, məşq zamanı templi gəzinti və ya qaçış
tapşırıqları ən ideal variantdır.
Tədqiqatçılar
həmçinin qeyd edirlər ki, sürətli yerimək demək olar ki, hər kəs üçün əlçatandır.
Sizə məşq avadanlığına və ya idman zalı üzvlüyünə ehtiyacınız yoxdur. Sadəcə
olaraq vərdişinizi dəyişdirin, məsələn, ictimai nəqliyyatdan dayanacaqdan tez
düşmək və ya liftdən istifadə etməmək kimi.
News365.az