Türkiyəli müğənni Bengü açıqlaması ilə gündəmə gəlib.
News365.az xəbər verir ki, ifaçı evli kişilərin qadınlarla dostluğunu qəbul etmədiyini açıqlayıb:
“Bu “səkkizayaqlı xanımlar” dost kimi görünür və birdən-birə bəyləri qucaqlayırlar. Heç kim ərimlə yaxın dost ola bilməz. Keçmiş həyat yoldaşımın da qadın dostu olmayıb. Evli kişinin qadın dostu ola bilməz. Sən mənim həyat yoldaşımla necə ən yaxın dost ola bilərsən?!”
Qeyd edək ki, Büngü iş adamı Selim Selimoğlu ilə 6 illik evliliyini 2024-cü ildə sonlandırıb. Onların 2 övladı var.