Gədəbəydə yeniyetməni maşın VURDU

Gədəbəydə yeniyetməni maşın VURDU
19 İyl 2025 17:24

Gədəbəydə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə rayon ərazisındə baş verib.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən piyada Gülallı kənd sakini 2010-cu il təvəllüdlü Əli Süleymanovu maşın vurub.

Yeniyetmə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada