İyulun 20-də Gürcüstan-Rusiya sərhədindən 26 kilometr aralıda İnquşetiyada 4,2 bal gücündə zəlzələ olub.
Bu barədə Gürcüstan Milli Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.
Yeraltı təkanlar Gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt Tbilisidə isə zəif hiss olunub.