"Heç kimə qulaq asmayın"- Həkimdən XƏBƏRDARLIQ

"Heç kimə qulaq asmayın"- Həkimdən XƏBƏRDARLIQ
18 İyl 2025 09:21

İndi də keçi südü əsasında hazırlanmış süni qarışıqları reklam edirlər. Firma əməkdaşları dayanmadan həkimləri inandırmağa çalışır ki, bu qarışıqlar daha yaxşıdır. Ən pisi odur ki, bəzi doğum evlərində uşaq doğulandan dərhal sonra bu qarışıqlardan istifadə olunur. Bu da yolverilməzdir”.

Bunu News365.az  -a açıqlamasında pediatr Vaqif Qarayev deyib. O hesab edir ki, nə olsa belə süni qarışıq sünidir:

“Və ana südünü əvəz edə bilməz. Özünüz aldatmayın. Sizə istənilən süni qarışıq təklif edən həkimə də inanmayın. İndi internet imkan verir ki, gənc analar uşağının düzgün qidalanması barədə məlumat əldə edə bilsin. Bilirəm əksəriyyət həkimləri günahlandıracaq.Ancaq yenə deyirəm südünüz varsa, heç kimə qulaq asmayın”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada