Türkiyənin Edirnə şəhərində 8-ci uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku keçirilib.
Yarışda Azərbaycan idmançısı Şamil Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz iki türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.