İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.
Bu barədə "U.S. Sun" məlumat yayıb.
Bildirilir ki, onlarla insan çıxılmaz duruma düşüb.
Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb.
Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.