“Arsenal”, 2019-cu ilin qışında komandanın başına keçən baş məşqçi Mikel Artetanın rəhbərliyi altında “Çelsi”dən oyunçu almaq üçün 134 milyon funt sterlinq (154 milyon avro) xərcləyib.
News365.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Cümə günü, iyulun 18-də “topçular”, qapıçı Kepa Arrisabalaqadan sonra “Çelsi”dən hücumçu Noni Maduekenin transferini də elan etdilər.
2023/2024 mövsümündə “Arsenal” “mavilər”dən hücumameyilli yarımmüdafiəçi Kay Havertsi alıb. 2022/2023 mövsümündə “topçular” yarımmüdafiəçi Jorjinyonu alıb.
Keçən mövsüm Artetanın komandası “mavilər”dən vinger Rahim Sterlinqi icarəyə götürmüşdü.