“Qarabağ” sabah İrlandiyaya yollanacaq

“Qarabağ” sabah İrlandiyaya yollanacaq
20 İyl 2025 22:00

“Qarabağ” gələn həftə UEFA Çempionlar Liqasının yeni mövsümündə mübarizəyə başlayır.

 İrlandiyada “Şelbrun”un qonağı olacaq Azərbaycan çempionu səfərə hazırlaşır.

“Köhlən atlar” Bakını oyundan iki gün əvvəl tərk edəcək. İyulun 21-də saat 15:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti axşam saatlarında Dublinə çatacaq.

İyulun 22-də Bakı vaxtı ilə saat 21:45-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq, bundan 15 dəqiqə sonra “Qarabağ”ın oyunöncəsi son məşqi baş tutacaq.

Qeyd edək ki, iyulun 23-də “Tolka Park” stadionunda keçiriləcək “Şelbrun” – “Qarabağ” dueli Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Sizin reklam burada
Sizin reklam burada