"Qarabağ" yeni transferinə illik 560 min avro ödəyəcək

"Qarabağ" yeni transferinə illik 560 min avro ödəyəcək
19 İyl 2025 20:15

"Qarabağ" və "Dinamo Zaqreb" klubları arasında mərakeşli müdafiəçi Sami Mmaenin transferi ilə bağlı razılaşmanın detalları məlum olub.

News365.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi icarə əsasında ölkə çempionunun formasını geyinəcək.

Mmaenin "Dinamo Zaqreb"dəki maaşı yüksək (illik 800 min avro) olduğu üçün "Qarabağ"la razılıq əldə edib.

Belə ki, mərkəz müdafiəçinin illik maaşının 70 faizini (560 min avro) Ağdam təmsilçisi, qalanını isə Zaqreb klubu ödəyəcək. Mmaenin "Dinamo Zaqreb" ilə müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulub.


Sizin reklam burada
Sizin reklam burada