Qazax rayonunda çayda batan orta yaşlı kişinin meyiti sudan çıxarılıb.
News365.az xəbər verir ki, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.
Həyatını itirən şəxs Ukrayna vətəndaşı olan TIR sürücüsü, Ukrayna vətəndaşı 1966-cı il təvəllüdlü Sergey Litvinovdur. O, çayda çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.