Qonşular arasında kütləvi dava: xəsarət alanlar var

Qonşular arasında kütləvi dava: xəsarət alanlar var
19 İyl 2025 15:30

Gəncə şəhərində qonşular arasında düşən dava üç nəfərin xəsarət alması ilə nəticələnib.

News365.az xəbər verir ki, hadisə ötən gecə, təxminən saat 23:50-də qeydə alınıb.

Belə ki, şəhərin Bağman yaşayış massivində yaşayan qonşular arasında düşən əlbəyaxa dava nəticəsində 1967-ci il təvəllüdlü Bəxtiyar Qasımov, 1964-cü il təvəllüdlü Məmmədəli Bağırov və 1971-ci il təvəllüdlü Kəmalə Qasımova xəsarət aldıqları üçün xəstəxanaya çatdırılıblar.

Hadisənin baş verməsinə səbəb Məmmədəli Bağırovun sərxoş vəziyyətdə söyüş söyməsi olub.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada