Taekvondoçularımız Almaniyada məğlub oldu

Taekvondoçularımız Almaniyada məğlub oldu
19 İyl 2025 16:50

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında taekvondo yarışlarına start verilib.

News365.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 taekvondoçusu mübarizə aparıb.

Xıdır Məmmədov (54 kiloqram), Vaqif Hacıyev (68 kiloqram) və Leyla Bəşirova (57 kiloqram) ilk görüşlərində, Səlimə Quliyeva (46 kiloqram) isə 1/8 finalda məğlub olub.

Stolüstü tennis üzrə qarışıq qoşa yarışlarına qatılan Azərbaycan təmsilçiləri də öz görüşlərini məğlubiyyətlə başa vurublar.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada