Tramp BƏƏ-dəki əfqan qaçqınlara kömək edəcəyinə söz verib

Tramp BƏƏ-dəki əfqan qaçqınlara kömək edəcəyinə söz verib
20 İyl 2025 22:14

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində olan əfqan qaçqınlara dəstək vermək niyyətində olduğunu bildirib.

 Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.“Mən indidən başlayaraq onları xilas etməyə çalışacağam”, - Tramp yazıb.

Qeyd edək ki, BƏƏ-də yaşayan əfqanların ölkə hakimiyyəti tərəfindən 2021-ci ildən Talibanın nəzarətində olan vətənlərinə deportasiya olunmaq ehtimalları var.

ABŞ-ın “Just the news” portalının məlumatına görə, ABŞ rəsmiləri baş verənləri anlamaq və deportasiyaları dayandırmağa çalışmaq üçün BƏƏ-dəki həmkarları ilə danışıqlar aparır.


Sizin reklam burada
Sizin reklam burada