Türkiyə “Mastercard” və “Visa”ya qarşı araşdırma başlatdı

Türkiyə “Mastercard” və “Visa”ya qarşı araşdırma başlatdı
19 İyl 2025 15:10

Türkiyə beynəlxalq ödəniş sistemləri olan “Mastercard” və “Visa” barəsində rəqabət əleyhinə fəaliyyətlərlə bağlı araşdırmaya başlayıb.

News365.az xəbər verir ki, bu, Türkiyənin Rəqabət Qurumu məlumat yayıb.

Qurumdan bildirilib ki, istintaq bu şirkətlərin Türkiyənin ödəniş təşkilatlarının xaricdəki ticarətçilərə xidmət göstərmək imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdıracaq.

İddialara görə, “Mastercard” və “Visa” alternativ ödəniş həllərinin tətbiqinə mane olub, bəzi banklara qarşı sanksiyalar tətbiq edərək transsərhəd əməliyyatlarda bazar üstünlüklərini qorumağa çalışıblar.

Rəqabət Qurumunun bu istiqamətdə araşdırmaları davam etdirəcəyi bildirilib


Sizin reklam burada
Sizin reklam burada