Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
19 İyl 2025 22:00

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hadisə səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.

"Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür".


Sizin reklam burada
Sizin reklam burada