HRENGİNEERİNG"
MMC menecment, liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil
edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək
“Executive Leadership & AI Transformation Summit”in (bundan sonra - Sammit)
Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.
News365.az xəbər verir ki, müəssisə və təşkilatların
yuxarı rəhbər heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10
sentyabr 2025-ci il tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq.
“Süni
intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər,
Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək,
öz təcrübə və biliklərini bölüşəcəklər.
Sammit
çərçivəsində iştirakçılar üçün İstanbulun müxtəlif tarixi və mədəni məkanlarına
ziyarətlər təşkil olunacaq.
Sammitdə
iştirak edən müəssisə və təşkilat rəhbərləri, həmçinin strateji qərarvericilər
süni intellektin liderlik və təşkilati transformasiyada yaratdığı imkanlar,
onların iş dünyasına təsiri və bu imkanlardan idarəetmədə istifadə yolları barədə
tövsiyələr əldə edəcəklər. Bununla yanaşı proqram çərçivəsində rəqəmsal
transformasiya strategiyaları, generativ AI texnologiyalarının biznesdə tətbiqi,
etik və hüquqi aspektlər barədə maarifləndirici çıxışlar olacaq.
Əlavə
olaraq qeyd edirik ki, iştirakçılar qlobal liderlərlə şəbəkələşmə, müxtəlif sənaye
sahələrindən uğurlu süni intellekt nümunələri ilə tanışlıq, peşəkar inkişaf və əməkdaşlıq
imkanlarından yararlanacaqlar.
Tədbirin
təşkilatçısı Azərbaycan üzrə yeganə təmsilçi “HRENGINEERING” MMC vasitəsilə
qeydiyyatdan keçən Azərbaycan vətəndaşlarına xüsusi endirimli iştirak haqqı təklif
edir.
Qediyyat
və ətraflı məlumat üçün +99410 260 11 16 telefon nömrəsi və ya
[email protected] e-mail ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd
edək ki, “HRENGINEERING” MMC insan resursları, karyera inkişafı, HR sistemlərinin
qurulması, təşkilati transformasiya, layihə idarəetməsi, proseslərin
avtomatlaşdırılması və outsource xidmətləri sahəsində ixtisaslaşmış yerli şirkətdir.
“HR Forum Baku” və “HR Summit Baku” tədbirlərinin müəllifi olan şirkət
innovativ yanaşmaları və strateji həlləri ilə seçilir.
News365.az