Kağız üzərində qalan sanksiyalar

Kağız üzərində qalan sanksiyalar
13 Avq 2025 09:45

“Əgər həqiqətən də Rusiyaya qoyulan sanksiyalar icra edilsəydi o, bu müharibəni bu qədər uzada bilməzdi. Hər ay yeni sanksiya paketi hazırlamaq, siyaai şoudan başqa bir şey deyil”

Bunu News365.az -a açıqlamasınada iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, rəsmi statistikalar göstərir ki, 2025-ci ilin aprelində Rusiyanın dənizlə çıxardığı neftin təxminən 47%-i Qərb ölkələrinin, əsasən G7+ tankerləri ilə daşınıb:

“İyun ayında isə bu rəqəm artıq 56%-ə yüksəlib. Yəni Qərb gəmiləri Rusiyanın neft ixracında yenidən əsas oyunçuya çevrilib, pul qazanırlar.

Digər tərəfdən də Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” hələ də əhəmiyyətli paya malikdir. Bəzi mənbələrə görə 50–70% arasında paya yüksəldiyi məqamlar var. Üstəlik, bu donanmanın tərkibində Avropa və ABŞ-dan olan təxminən 230 gəmi var.

Bütün bunlar göstərir ki, kağız üzərində yazılan sanksiya reallıqda fərqli icra olunur. Çünki, inkişaf etmiş Avropa ölkələrində böyük korporasiyalar dövlət rəhbərlərini idarə edirlər. Məhz buna görə də aparıcı Avropanın ölkələrinın çoxu həmin şirkətlərin iqtisadi maraqlarını qorumaq naminə Rusiyanın sanksiyalardan yayınmasına şərait yaradırlar”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada