Təbii Sərvətlər
Nazirliyinin məlumatına görə, İranın yeraltı sərvətləri 27,5 trilyon dollardır.
Bu göstəriciyə görə dünyada beşinci yeri tutur.
News365.az
“Ayooq.ir”-ə istinadən xəbər verir ki, İranın təbii sərvətlər və mineral
ehtiyatlar nazirinin müavini Daruş İsmaili məlumat verib. Onun sözlərinə görə
İranın 27,5 trilyon dollar yeraltı sərvətləri var.
O qeyd
edib ki, İran Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Kanadadan sonra dünyada
beşinci yerdədir və 1 trilyon 400 milyard dollarlıq mineral ehtiyatlara
malikdir:
"Bunun
ən azı 5 faizini mineral xammal təşkil edir. Ümumi investisiya qoyuluşu 29
milyard dollar olan yataqların kəşfiyyatı üçün lisenziyalar verilib. Bu o deməkdir
ki, ehtiyatların cəmi 2 faizi kəşf edilib".
Nazir
müavini vurğulayıb ki, aşkar şəkildə geoloji kəşfiyyata ehtiyac var. Onun sözlərinə
görə, dağ-mədən və faydalı qazıntıların emalı sektorundan 10 trilyon dollara
yaxın vəsait almaq imkanı var.
News365.az