Məşhurlarımız niyə küsülü qalır?

Məşhurlarımız niyə küsülü qalır?
15:25

Məşhurlarımız arasında küsülülük məsələsi yeni deyil. Amma sözdə hər kəsə örnək olacaq məşhurlarımız bu xoşagəlməz ənənəni bu gün də yaşadırlar.

News365.az xəbər verir ki, sabiq millət vəkili Etibar Əliyev bu məsələyə toxunub. O özünün sosial səhifəsində bu barədə yazır:

“Bizim Xalq yazıçıları niyə bir-birilərindən küsülü qalırlar?

Əkrəm Əylisli: “Öləcəyimi bilsəm də,Anarla barışa bilmərəm”.

Anarla Əkrəm Əylisli yumşaq desək, düşməndirlər. Rəhmətlik Elçin isə Əkrəm Əylisli ilə ölümqabağı barışıblar.

Akademiklərimiz də belədirlər. Elm və sənət insanları dostlaşdırmalıdır. Böyük yazıçı və alimlərin məktublaşmaları başqa bir xəzinədir. Bizdə isə məktublaşma nədir, heç bir-biriləri ilə danışmırlar.

Yəqin ki, Dantenin “ İlahi komediya” əsərini oxuyub başa düşməyiblər”.

News365.az


Sizin reklam burada
Sizin reklam burada