“Kişilər açıq-saçıq geyimdə qadın görəndə dua etməlidirlər” – Keşiş

“Kişilər açıq-saçıq geyimdə qadın görəndə dua etməlidirlər” – Keşiş
16:36

Rus Pravoslav Kilsəsinin keşişi Feodorit (Sençukov) qadınları açıq-saçıq geyimdə görəndə günaha boyun əyməmək üçün kişiləri səssizcə dua etməyə çağırıb.

Bu barədə rahib yerli mətbuata müsahibəsində deyib.

O, açıq paltarda qadın görəndə kişilərə dua etməyi məsləhət görüb.
 

“Qadınları açıq-saçıq yay libaslarında görüb meyillənmək günahdır. Belə hallarda səssizcə dua etmək lazımdır. Qadının necə geyinməsindən asılı olmayaraq kişilərin onlara meyil etməsi günahdır.


Rəbbimiz deyib ki, qadına şəhvətlə baxan hər kəs artıq ürəyində onunla zina etmiş olur. İnsan cismani istəkləri boğub bu cür hallarla mübarizə aparmalı, özünü saxlamağa çalışmalıdır. Biz ruhdan və bədəndən ibarətik, cismanilik pis deyil, lakin aşağılıq deməkdir", - deyə Rus Pravoslav Kilsəsinin nümayəndəsi izah edib.

Feodorit vurğulayıb ki, dua insanı şəhvət dolu düşüncələrdən yayındırmaq yollarından biri ola bilər:

“Əgər şəhvət düşüncələri yaranarsa, onları qəbul etməməli və dua etməliyik”.


Sizin reklam burada
Sizin reklam burada