İslam dinində söyüş haramdır- Tural İrfan yazır

İslam dinində söyüş haramdır- Tural İrfan yazır
09:22
İslam dinində söyüşün, təhqirin haram olması barədə məscidlərdə xütbələr oxunmalıdır. Özü də davamlı. Düşünürəm ki, təkcə bu problemin həlli üçün illər lazım olacaq. Bəzi din xadimləri yanlış səhifədən başlayıb dini təbliğata. Səccadəni pak etmədən üstündə namaz qılınmaz. Bu qədər söyüşün, təhqirin içində hansı dinin təbliğatından söhbət gedə bilər. Hələ birinci ağızları təmizləyib ondan sonra o ağıza Quran ayəsi söyləməyi öyrətmək lazımdır. Nəcis ağızda, xəbis ürəkdə Quran da murdarlanar.
Bütün sosial şəbəkələr özünü dindar elan edənlərin söyüşləri ilə doludur. Bu çox dəhşətli görüntüdür. Sağlam din xadimlərinin əməyini zay etmək olmaz. Qurunun oduna yaş da yanmamalıdır.
Dinin, sağlam möminlərin obrazına xələl gətirir saxtakarlar. Bəhanə axtaranlar da pisi yaxşıdan ayırmadan bütün bu çirkinlikləri dinin adına yazırlar.
Din əleyhdarlarına bəhanə verən ağzı söyüşlü şəxslər, onları himayə edənlər, təşkilatlandıranlar məsuliyyətə cəlb edilməlidir.
Ancaq hər şeydən öncə cümə xütbələrində söyüş, təhqirin, iftira və əsasən sosial şəbəkələrdə nalayiq sözlərin təbliğatının günah olduğunu, dinə, Əhli Beytin yoluna xələl gətirdiyini izah edən nitqlər söylənməlidir.
Bundan danışmayıb bəs nədən danışacaqlar?
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada