Binə qəsəbəsində işıq olmayacaq

Binə qəsəbəsində işıq olmayacaq
10:21

Binə qəsəbəsinin bir sıra hissələrində təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

News365.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də gücləndirmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Sizin reklam burada
Sizin reklam burada