Ayasofya Məscidini yandırmaq istədi

Ayasofya Məscidini yandırmaq istədi
16:46

İstanbul şəhərində yerləşən Ayasofya Məscidini yandırmağa çalışan şəxs həbs edilib.

News365.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən ay baş verib.

Cizrə rayonunda qeydiyyatda olan, psixiatrik xəstəxanalarda dəfələrlə müalicə almış M.G. adlı şəxs məscidə daxil olaraq kağızları yandırıb və xalının alışmasına səbəb olub.

Qadın ziyarətçi hadisə barədə məscidin imamı xəbərdar edib, imam isə müdaxilə edərək alovun yayılmasının qarşısını alıb.

Polis tərəfindən saxlanılan şübhəli məhkəmənin qərarı ilə həbs olunub. Rəsmi məlumata görə, hadisə zamanı məscidə ciddi ziyan dəyməyib.


Sizin reklam burada
Sizin reklam burada