Vatsapda problem yarandı

Vatsapda problem yarandı
10:14

Vatsap mesencerində problem yaranıb.

News365.az xəbər verir ki, istifadəçilər vatsapın veb versiyasından istifadədə çətinliklə üzləşiblər.

Belə ki, hazırda mesencerin veb versiyasına daxil olmaq mümkün deyil.

Bununla belə, tətbiqlərin fəaliyyətini izləyən “Downdetector” xidməti hazırda vatsapda hansısa problemin olmadığını bildirib. 

Xatırladaq ki, vatsapda oxşar problem 3 həftə əvvəl də qeydə alınıb. Bu zaman dünya üzrə istifadəçilər tətbiqin veb versiyasına daxil ola bilməyib.


Sizin reklam burada
Sizin reklam burada