Müğənni İzzət Bağırov solo konsert üçün lazım olan məbləği açıqlayıb.
News365.az xəbər verir ki, müğənni bu barədə verilişində danışıb.
“Azərbaycanda özün konsert verirsənsə, böyük təşkilatçı lazım deyil.
Sadəcə, insan özü külli miqdarda pul qoyur. Məbləğ çoxdur. Təmiz 100 min manat ayırıb kənara qoymalısan ki, konsert edirəm. Kirayə haqqı çox bahadır.
Bizim üçün baha edirlər, xaricdən gətirilənlər üçün belə deyil”, - müğənni qeyd edib.