Hindistan ABŞ-nin Rusiya neftinin idxalına görə tətbiq etdiyi yeni rüsumları qınayıb YENİLƏNİB

Hindistan ABŞ-nin Rusiya neftinin idxalına görə tətbiq etdiyi yeni rüsumları qınayıb YENİLƏNİB
06 Avq 2025 21:00

Hindistanın Xarici İşlər Nazirliyi Rusiya neftinin tədarükünə cavab olaraq ABŞ-nin Hindistan mallarına əlavə rüsumlar tətbiq etməsinə münasibət bildirib və bu cür hərəkətlərin ədalətsiz, əsassız olduğunu açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“ABŞ bu yaxınlarda Hindistanın Rusiyadan neft idxalını hədəfə alıb. Biz artıq bu məsələ ilə bağlı mövqeyimizi açıq şəkildə bildirmişik, tədarükümüzün bazar prinsiplərinə əsaslandığını və 1,4 milyard Hindistan vətəndaşının enerji təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulamışıq”, - nazirliyin bəyanatında deyilir.

Diplomatlar öz maraqları naminə oxşar siyasət yürüdən digər ölkələrin fonunda Vaşinqtonun 25 %-lik yeni tariflər tətbiq etmək qərarından təəssüfləndiklərini bildiriblər.

“Hindistan öz milli maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək”, - nazirlikdən vurğulanıb.

***

18:15

Tramp Hindistana 25% əlavə gömrük rüsumu tətbiq edən sərəncam imzalayıb. 

News365.az xəbr verir ko, Ağ Ev bunu ədalətsiz ticarətə cavab kimi qiymətləndirib. 

Hindistan hələ münasibət bildirməyib.



Sizin reklam burada
Sizin reklam burada