Ukrayna prezidenti Vladimir Zelenski, sosial media hesabında yaydığı videomüraciətdə Rusiya-Ukrayna müharibəsindəki son hadisələri şərh edib.
News365.az xəbər verir ki, Zelenski, Rusiyanın atəşkəsə razılaşmağa daha çox hazır olduğunu bildirib.
Zelenski, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arasındakı görüşün Moskvada keçirildiyini və müharibənin ədalətli şəkildə başa çatması lazım olduğunu vurğulayıb.
“Rusiya indi atəşkəslə razılaşmağa daha çox hazır görünür”, – deyə Zelenski qeyd edib. O, həmçinin, ən vacib məsələnin ABŞ və Ukraynanı təfərrüatlarda aldatmamaq olduğunu söyləyib.
Zelenskinin sözlərinə görə, bu prosesin şəffaf və ədalətli olmasına xüsusi diqqət yetirilməlidir.