Rusiyada təyyarə təcili eniş etdi

Rusiyada təyyarə təcili eniş etdi
13:05

“Ural Hava Yolları” təyyarəsinin Həştərxana təcili enişinə baqaj bölməsində tüstülənmə səbəb olub.

News365.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, uçuş zamanı stüardessa heyəti təyyarənin hündürlüyünü azaldacağını elan edib, daha sonra pilot texniki səbəblə Həştərxan şəhərinə enəcəklərini bildirib.

Təyyarə yerə endikdən sonra uçuş-enmə zolağında operativ xidmətlər tərəfindən qarşılanıb.

Aviaşirkətin məlumatına əsasən, sərnişinlər yaxın saatlarda Soçiyə ehtiyat təyyarə ilə göndəriləcək.


Sizin reklam burada
Sizin reklam burada