“Ermənistan təminatçı axtarır, Azərbaycan isə öz gücünə arxalanır” - Hikmət Babaoğludan AÇIQLAMA

“Ermənistan təminatçı axtarır, Azərbaycan isə öz gücünə arxalanır” - Hikmət Babaoğludan AÇIQLAMA
11:13

“Ermənistan sülh üçün təminatçı axtarır, Azərbaycan isə öz gücünə arxalanır” 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Amerika Birləşmiş Ştatlarına səfər ərəfəsində Ermənistan və Azərbaycan liderləri sülh prosesində mühüm bir mərhələni geridə qoyurlar. Bu isə özü-özlüyündə ABŞ-da sülhün əldə olunması ilə bağlı ortaq bəyanat vermək üçün kifayət qədər ciddi zəmin yaradır. Hazırkı mərhələdə sülh sazişi layihəsinin bütün maddələrinin razılaşdırılması, hətta paraflanması ilə bağlı fikirlər həm Ermənistan, həm də Azərbaycan tərəfindən səsləndirilib.

Bu baxımdan irəliyə doğru yeni bir addımın atılması mümkündür. Amma bu addımın hansı formada olacağı – yəni birbaşa paraflanmış sənədin imzalanması şəklindəmi, yoxsa sadəcə ortaq bəyanat formasındamı olacaq – bu, məsələnin başqa bir tərəfidir. 

Mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişini neytral bir məkanda, iki tərəfli qaydada imzalaya bilərlər. Lakin ABŞ-da ortaq siyasi mövqe və niyyət bəyan oluna bilər.

Bəs niyə məhz ABŞ?

Çünki Ermənistan regiondakı vasitəçilərə və sülh təminatçılarına etimad göstərmir və bunu dəfələrlə bəyan edib. Ermənistan mümkün sülh üçün beynəlxalq təminatçı axtarır və görünən odur ki, regionda sülhün təminatçısı kimi Amerika Birləşmiş Ştatlarını görür.  Azərbaycan isə regionda sülhün təminatçısı kimi özünü görür, öz gücünə və iradəsinə arxalanır.

Əgər Ermənistan belə bir təminatçı lazımdırsa əlbəttə ki, nəzərə almaq lazımdır ki,  ABŞ bu gün siyasəti təmin edən güc mərkəzlərindən biridir ya da birincisidir  bu zaman Azərbaycanın maraqların konteksinə tamamilə uyğundur. "- deyə deputat bildirib. 


Sizin reklam burada
Sizin reklam burada