Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Vaşinqton vaxtı ilə saat 14:30-da (Bakı vaxtı ilə 22:30) Ermənistan Baş naziri ilə, saat 15:20-də isə (23:20) Azərbaycan Prezidenti ilə danışıqlar aparılması planlaşdırılır.
Həmin gün saat 16:00-da (Bakı vaxtı ilə 9 avqust, saat 00:00-da) Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə birlikdə birgə bəyanatla çıxış edəcəyi gözlənilir. Görüşlərin əsas mövzusu bölgədəki gərginlik və sülh danışıqlarının perspektivləri olacaq.