Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yollanıb.
News365.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Paşinyan avqustun 7-8-də Vaşinqtonda səfərdə olacaq.
Xatırladaq ki, “The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.
***
Ermənistan Baş naziri Nikol Paşinyan 7-8 avqust tarixlərində ABŞ-a səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Paşinyan Vaşinqtonda Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək.
Məlumatda o da qeyd edilib ki, Paşinyan ABŞ və Azərbaycan prezidentlərinin iştirakı ilə regionda sülhün, rifahın və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş üçtərəfli görüş keçirəcək.