Sanço “Roma”ya gedir

Sanço “Roma”ya gedir
16 Avq 2025 14:07

“Mançester Yunayted” Ceydon Sançonu “Roma”ya satıb.

News365.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

A seriyası təmsilçisi 25 yaşlı vinger üçün 20 milyon funt-sterlinq təklif etmişdi. “Qırmızı şeytanlar” bu təklifi müsbət cavablandırıblar. Bildirilib ki, transferin yaxında rəsmən açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Sanço keçən mövsüm “Çelsi”də icarə əsasında çıxış edib.


Sizin reklam burada
Sizin reklam burada