Yeni Kaledoniyada, Luayote adalarının cənub-şərqində 5.6 bal gücündə zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Numea şəhərindən 458 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin ocağının yerin 10 kilometr dərinliyində olduğu bildirilib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.