Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanıldı - VİDEO

Bakıda maşının şüşəsini qəsdən sındıran şəxs saxlanıldı - VİDEO
16:10

Sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. 

DİN-in mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb. 

Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

 


Sizin reklam burada
Sizin reklam burada