Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb

Braziliya prezidenti ABŞ-nin rüsumlarına cavab üçün xüsusi komitə yaradıb
15 İyl 2025 23:30

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Vaşinqtonun avqustun 1-dən etibarən yerli mallara qarşı 50 faizlik rüsum tətbiq etməsi halında ABŞ-li sahibkarlara verilən güzəştlərin dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.

News365.az xəbər verir ki, bu barədə rəsmi dövlət qəzetində fərman dərc olunub.

Fərmana əsasən, ABŞ-nin rüsumlarına cavab tədbirlərini hazırlamaq məqsədilə xüsusi komitə yaradılacaq.

"İlk vəzifə kimi komitə iş adamlarını dinləyəcək və ABŞ prezidentinin Braziliyadan idxal olunan bütün mallara 50 faizlik tarif tətbiqi ilə bağlı qərarının nəticələrini müəyyən edəcək", - deyə Lula da Silva "X" sosial şəbəkəsində fərmanı şərh edib.


Sizin reklam burada
Sizin reklam burada