Qurbanqulu Berdiməhəmmədov AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Qurbanqulu Berdiməhəmmədov AZƏRBAYCANDA SƏFƏRDƏDİR
10:00

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Azərbaycana səfərə gəlib.

News365.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Xalq Məsləhətinin sədrini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


Sizin reklam burada
Sizin reklam burada