Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın tam nəzarətə götürülüb və hazırda söndürülməsi istiqamətində tədbirlər görülür.
News365.az bu barədə apa-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
bu barədə News365.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
*******
21:55
Laçında meşə yanğını baş verib.
News365.az xəbər verir ki, yanğın yayılaraq geniş ərazilərə yayılıb.
Yanğının söndürülməsi üçün FHN-nin xeyli canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.