İyunun 1-dən iyulun 15-dək baş verən yanğınların SAYI - RƏSMİ

İyunun 1-dən iyulun 15-dək baş verən yanğınların SAYI - RƏSMİ
10:45

İyunun 1-dən iyulun 15-nə qədər açıq sahələrdə  2880 yanğın hadisəsi qeydə alınıb.   

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. 

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq təəssüflə qeyd edilməlidir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, bu yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, siqaret çəkilməsi zamanı ehtiyatsızlıq, o cümlədən ərazilərdə iməclik adı altında məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması kimi səbəblərdən baş verib",-Nazirlikdən qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada