Ermənistan parlamentinin sədri Alen Simonyan həyat yoldaşı Mariam Marqaryanla rəsmi olaraq boşanıb.
News365.az xəbər verir ki, bu barədə məlumatı erməni KİV-ləri yazıb.
Bildirilir ki, boşanma ilə bağlı ərizə bir neçə ay əvvəl təqdim edilib və artıq proses başa çatıb. Məlumatı Alen Simonyanın özü də təsdiqləyib. O, baş verənlərə görə təəssüfləndiyini bildirib. Boşanmanın hər iki tərəfin qarşılıqlı razılığı ilə baş verdiyi qeyd olunur.
Mətbuatda yer alan iddialara görə, hazırda Alen Simonyan 25 yaşlı model Anelya Qubryanla münasibətdədir.
Qeyd olunur ki, Anelya Simonyanın yaxın dostlarından birinin qızıdır.