LGS-də sual sızması iddiası: Nazirin sərt açıqlamaları gündəmdə

LGS-də sual sızması iddiası: Nazirin sərt açıqlamaları gündəmdə
17 İyl 2025 17:51

Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekin, Liselere Geçiş Sistemi (LGS) üzrə imtahan suallarının əvvəlcədən yayılması ilə bağlı iddialara münasibət bildirib. Nazir qeyd edib ki, məsələ ilə əlaqədar 29 nəfər barəsində inzibati araşdırma başladılıb. Araşdırılan şəxslər arasında məktəb rəhbərlərinin də olduğu bildirilir.

Nazir Tekin bildirib:

“Biz inzibati araşdırma aparırıq, nəticəsində intizam cəzası verilə bilər. Əgər zəruri olarsa, cinayət işi də qaldırıla bilər. Məsul şəxslər ən sərt şəkildə cəzalandırılacaq.”

LGS suallarının oğurlanması ilə bağlı yayılan iddiaları isə nazir qəti şəkildə rədd edib. O, bu mövzu ilə bağlı açıqlamasında sərt ifadələr işlədib:

“Müfəttişlərimiz dərhal araşdırma apardılar. Hər şeyi detallı şəkildə izah edirik. Amma çox üzr istəyirəm, sanki geridə qalmış birinə izah edirmişik kimi bir-bir danışırıq. Amma yenə də kifayət etmir, davam edirlər,” – deyə Tekin bildirib.

Nazirin bu ifadələri isə başda müxalifət olmaqla bir çox çevrədən sərt tənqidlərə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada