Erməni keşişləri dini dəyərləri ayaqlamaqdadırlar- Tural İrfan yazır
Təhlil
17 İyl 2025 15:17
Erməni kilsəsinin terrorçu xislətini artıq erməni rəsmilər etiraf etməyə başlayıblar.
"Erməni Apostol Kilsəsi İŞİD-in bir qanadına çevrilib, baş kəsir. Başı kəsilən isə Ermənistanın seçilmiş baş naziridir".
Məlumata görə bu fikirləri özünün "Facebook" səhifəsində Baqrat Qalstanyanın çıxışına istinad edən Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan yazıb. O belə davam edib:
"O deyir ki, Paşinyanın başını kəsmək lazımdır. Bundan sonra zənn edirsiniz ki, Vazgen Qalstanyan "qardan bəyazdır?"
Bir çox əsaslı mövzularda mürtəd molla rejimi ilə müştərək addımlayan Erməni Apostol Kilsəsinin indiki halı daha dəhşətlidir. Məkrli niyyət və məqsədlərinə ram olmayan baş nazirə "ölüm fətvası" verən erməni kilsəsinin keşişləri dini dəyərləri ayaqlamaqdadırlar.