Fransanın cənubunda meşə yanğını tüğyan edir

Fransanın cənubunda meşə yanğını tüğyan edir
17 İyl 2025 20:30

Fransanın cənubunda yerləşən Ardeş departamentində meşə yanğını başlayıb, artıq 10 hektar ərazi yanıb.

News365.az xarici mediaya istinadla xəbər verir iyulun 17-də Ardeş departamentində Lubares və Valqorj şəhərləri arasındakı dağlıq ərazidə yanğın başlayıb.

Qeyd olunub ki, ərazinin kəskin relyefi alovun sürətlə yayılmasına şərait yaradır. Mütəxəssislərin qiymətləndirməsinə görə, yanğının sahəsi 60 hektara çata bilər.

Hadisə yerində 80 yanğınsöndürən işləyir. Hakimiyyət orqanları yanğının söndürülməsi üçün 40 texnika, üç təyyarə və bir helikopter göndərib.


Sizin reklam burada
Sizin reklam burada