"Ermənistanın çoxvektorlu siyasətə yönəlməsi Rusiyanı narahat edir" - Aydın Quliyev

"Ermənistanın çoxvektorlu siyasətə yönəlməsi Rusiyanı narahat edir" - Aydın Quliyev
17 İyl 2025 16:28

"Ermənistanın çoxvektorlu siyasətə yönəlməsi Rusiyanı narahat edir".

Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın həm Avropa İttifaqına yaxınlaşması, həm də Rusiyanın əsas rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətindən geri çəkilməsi Moskva tərəfindən narahatlıqla qarşılanır.

Onun sözlərinə görə, Rusiya bölgədə özünü tərəfdaş yox, daha çox nəzarətçi və yönəldici güc kimi görür. Bu səbəbdən Ermənistanın xarici siyasətdə çoxvektorlu, balanslı xətt yürütməsi və təkqütblü asılılıqdan uzaqlaşması Kremlin maraqlarına uyğun gəlmir.

Quliyev qeyd edib ki, Ermənistanın Avropa ilə yaxınlaşmaq istəyi və eyni zamanda Rusiyanın təsir dairəsində olan qurumlardan uzaqlaşmaq cəhdləri açıq şəkildə Rusiyanın bölgə planlarına ziddir.

Politoloqun fikrincə, Azərbaycan artıq uzun müddətdir ki, çoxşaxəli və balanslı siyasət yürüdür və bunun uğurlu nəticələri ortadadır. Ermənistan isə bu gün otuz illik birtərəfli və başqalarının maraqlarına xidmət edən siyasətinin bölgə və ölkə üçün hansı dağıdıcı nəticələrə səbəb olduğunu anlamağa başlayır.

Quliyev sonda bildirib ki, Ermənistanın bu yeni çoxvektorlu siyasətə keçmək niyyəti real görünür və bu, bölgədə yeni siyasi balansların yaranmasına yol aça bilər


Sizin reklam burada
Sizin reklam burada