Fatih Altaylıya 5 il həbs tələbi olundu

Fatih Altaylıya 5 il həbs tələbi olundu
17 İyl 2025 16:46

Türkiyədə tanınmış jurnalist Fatih Altaylı barəsində "Prezidentə qarşı təhqir və təhdid" ittihamı ilə cinayət işi açılıb. Hazırda Silivri Həbsxanasında saxlanılan Altaylı üçün 5 ildən az olmamaq şərti ilə azadlıqdan məhrumetmə cəzası tələb olunur.

Altaylı, YouTube-da canlı yayım zamanı səsləndirdiyi fikirlərə görə əvvəlcə saxlanılıb, sonra isə həbs edilərək həbsxanaya göndərilib. Ona qarşı Türkiyə Cəza Məcəlləsinin 310/2-ci maddəsi ilə 106/1-ci maddəsinə əsasən "Prezidenti təhdid etmək" ittihamı irəli sürülüb.

22 iyun tarixində Silivri həbsxanasına köçürülən Altaylı üçün prokurorluq artıq ittiham aktını hazırlayıb. Sənəddəki cəza tələbi əvvəlki istintaqın tələbi ilə eynidir – jurnalistin 5 ildən az olmayan müddətdə həbs edilməsi.

İddianamədə qeyd olunur ki:

“TCK-nın 310-cu maddəsinin izahatında göstərilir ki, Prezidentə qarşı sui-qəsd törədilməsi qəsdən adam öldürmə cinayətindən fərqli olaraq xüsusi bir cinayət kimi müəyyən edilib. Prezidentin və ya dövlət başçısının öldürülməsi ifadəsindən istifadə edilməməsi məqsədilə uzun müddətdir istifadə edilən ‘sui-qəsd’ termini seçilib. Həmçinin 310/2-ci maddənin əsaslandırmasında göstərilir ki, Prezidentin şəxsiyyətinə qarşı edilən bütün fiziki hücumlar (təhqirdən başqa) bu çərçivədə qiymətləndirilməli və cəzalandırılmalıdır.”

Hazırda Altaylı ilə bağlı məhkəmə prosesi gözlənilir


Sizin reklam burada
Sizin reklam burada