DİN və FHN-in birgə məlumatı: Laçında meşə yanğınını ehtiyatsızlıq törədib

DİN və FHN-in birgə məlumatı: Laçında meşə yanğınını ehtiyatsızlıq törədib
12:06

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafındakı dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, yanğın ehtiyatsız davranış səbəbindən baş verib.

Belə ki, Laçın rayonunun Sus kənd sakinləri olan üç nəfər tərəfindən meşə massivində yandırılmış ocaq alovlanaraq mürəkkəb relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı cinayət işi başlanıb və yanğının törədilməsində şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının tam söndürülməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.


Sizin reklam burada
Sizin reklam burada