Ağcabədidə əməliyyat - Saxlanılanlar var

Ağcabədidə əməliyyat - Saxlanılanlar var
12:13

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News365.az-a verilən məlumata görə, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar. Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada