“Türkiyə tələb olduğu təqdirdə Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün əlimizdən gələn bütün dəstəyi verəcək”.
News365.az xəbər verir ki, bu barədə Türkiyə MN-dən bildirilib.
Nazirlik sözçüsü, həmçinin, bildirib ki, Suriyadakı son hadisələr və İsrailin Suriyaya hücumları ilə bağlı Türkiyənin mövqeyi aydındır
“Bizim məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin Suriyaya hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur”.
O, İsrailin Suriyaya endirdiyi hava hücumları zamanı Suriyadakı türk əsgər və şəxsi heyətinin zərər görmədiyini də vurğuıayıb.